Qubadlı Blogu Haqqında
Burada çalışacağıq ki, həm müxtəlif xatirələrimizi yazaq, həm sizden gələn maraqlı faktları, xəbərləri və informasiyaları xalqa çatdıraq. Biz böyük ölçüdə Qubadlının rəsmi saytını yaratmaq istəyirik. Bu işdə bizə hər cəhətdən kömək edən vətənpərvər insanların həm maddi, həm də mənəvi köməyinə ehtiyacımız var. Bizə Qarabağa aid xatirələrinizi yazıb göndərin ki, onları burada yerləşdirək. Bundan bashqa şəxsi ailələrə aid şəkilləri, indiyə qədər gündəliyimdə olan bəzi qeydləri sizinlə paylaşacağam. İradlarınıza, tənqidlərinizə, şərhlərinizə daima ehtiyacımız var. Gəlin bir olaq, birlik olaq. Allaha ibadət edən qullardan olaq.
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
qarabag qubadli atəşkəs sulh erməni xəbər yeni əsgər müharibə idman, rayon şəhid dağlıq münaqişə sayt əliyev islam soyqırım elan www.qubadli.com vətən qubadlı, torpaq aliyev azərbaycan, ermeni, soyqırım, ilham saytı erməni, pozulub qəzet turkiye abş işğal dərs söz kitab kənd qafqaz dünya türkiyə gənc reklam düşmən şəhidlər atəşkəs, iran soykirim dənizi, ramazan vakansiya rayon, ordu qəza, əsir pozan, president ermənilər lord qarabağ, herb apa amerika prezident gun, soykirim, bayram, azərbaycan blog pen xəzər sülh, spsial azerbaycan, qarayev zabit fizuli dunen, universitet, irəvan dəvət mənbə qitə, şair şəhər qarabaq unutma yağ, elmar savad, ikt kürd müstəqillik abdulov xeber ermənistan arxiv add cavab, yaralı xəzərdə şahmat, khubadli kend çörək müəllif sərəb-dili xətt mübariz petrosyan, kondalize səngər ramil ateshkes kosova, refahiya budaq gəncləri rejimi oruc barak turk, kino anspress.com qaynaqlar baku xanəmir daim qələm, 20 esirler müsibət, bu trend status bundestanq daşnaq qahirə meyit, əbülfəz derman 2008 devis presspost tərtər kanal müharibə, qarabağı şerləri mərkəz ağdam yağı, məmmədyarov konfransı pkk abş, etər enverpashadergisi rejim tarix adət, avropa cevap, milli af, səfərov futbol, kubadli pulu qiymət tədris ermeni terrorist prezident, müzakirə kubok, muharibe şəkilistanbul çərşənbə qrupu xain tez-tez obama turkler, otel, fm dünya, tarixi islamoglu başçısı dondurulumuş akif anım gənc, məmmədov lham free ev yerevan dağ faşizm xəbərlər, amin boks, karabagh elm həcc kosovo yazi ağamədov xezer səngər, tanıyaq ştat, xatirə qondarma qafsam denktaş yemək street soyqırımı, təşkilatı diqqət amerika, fərhad məqalə neler barama kənd, parlamenti məclis bəla, üç komanda sehir qalxıb satış rays hazar rusiya, abulfaz el təşəbbüs xayin bütün ramazan, ştat türklər, ans reklam, radio elm, təcavüzkar mustafa icra sponsor, matəm institut samir 05-02-2008 günü, əliyar fond azernews faşizmi alim, esger xazar, xəbər, karabahg icad orucu pul cəbhə əsiri ismayıl musavat avropa, ölüm səfirliyi, əkrəmin respublika strateji kipr mütamadi the sual, fesival eurovision heykayə xaric telmanoğlu tuman qubadlıda nehrə qərar gen qerar haber, serbiya, preziden yaxşı əsər mina ter, kahire itkin, nazir hərb cəbrayıl qol ishgal hal dığa, çaylı təhsil, ibrahim dava, region islam, dəftəri şuşa garabag şəhidi şəkil, yanvar lobbbisi, əsirlər pozuldu mustekil, ana hediyye panel qubadl kubadli, auditoriya, yara məğlub gubadli ziyarəti terri quran kiv gənclər levon, yolçubəyli nöqtə futbol qətl herb, erzincan göyçay rauf pozulur bayramı, wall tehsil, film təcili azərbaycanlıları, dövlət bakı turk movqe qurd nehrə, şura genc, qüdrət love yığma, seçki dizayner almaniya terrorist, konnfransi meyid,
Sayqaç
İndi blogda: 3
Keçən ayın hiti: 15004
Dünənki hit: 237
Bugünki hit: 370
Ümumi hit: 186800
Müxtəlif
Site Ekle
Sohbet
Siteni ekle
Şerimin tarixi
Mən Həsənov Əkrəm Bəhram oğlu, 1986-cı ildən şer yazıram. Yazdığım şerin çoxu Qubadlıda əsir qaldı. Şəhərə gələndən sonra da şer yazmağı dayandırmadım. Yadıma düşür əvvəl mən Qubadlı rayonunun Çaytumas kəndində olanda hərdən elə bil ki, bizim indiki bu şairlər deməli mənə şer yazmaq üçün ilham gəlirdi. Buna “təb” də deyə bilərəm. Çünki hərdən həqiqətən də şerin təbi gəlirdi və qələmi əlimə alırdım. Yazırdım. İndiyə qədər yadımdadır ki, mənə kənddə çox insanlar şair deyirdi. Bizim yaxınlıqda bir tanıdığım var idi, həmişə məni görəndə deyərdi ki, “şair nə tez qocaldın sən”. Təbii ki, bunlar kimisə maraqlandırmaya bilər. Mən maraqlanıb oxuyanlara deyirəm ki, mənim şerlərimi toplasan sayı-hesabı olmaz.
Lakin mənim işlərim o qədər çox olur ki, onları bir yerə toplayıb nəşr edə bilmirəm. Ümid edirəm ki, inşallah bu yaxınlarda buna da nail olacağam. Mən həmin şerlərimi kompyuterdə yığdıqdan sonra həm bu blogumda yerləşdirəcəyəm, həm də kitab kimi nəşr etdirəcəyəm. Mən əvvəllər şerlərimi yazanda əsasən belə bir şüar götürmüşdüm: “Nə zaman ki, mən varam, o zaman dünya da var”. Heç o zaman ağlıma gəlməzdi ki, nə vaxtsa mən bu xatirə dəftərimi kimlərləsə bölüşəcəm. Evimdə oturub rahat şerlərimi oxucu kütləsinə çatdıracam. Bunu bilmirdim. Allaha çox şükür olsun ki, bu cür gözəl günləri mənə bəxş etdi. Təbiidir ki, onda mən çox uşaq idim. Bu gün artıq elə bir dövrdə yaşayırıq ki, fikirlərimizi, yazılarımızı böyük oxucu kütləsinə çatdıra bilirik. Bu gün əvvəlki günləri xatırlayanda, şerlərimə baxanda müəyyən mənada həm uşaqlıq dövrümü yadıma salır, həm də indiki halıma baxıb Allaha şükr edirəm. Mən sizə yaxın bir zamanda şerlərimi təqdim edəcəyəm. Əgər bəyənsəniz nə gözəl, mütləq şərh yazarsınız. Əgər bəyənməsəniz, enə nə gözəl irad və təkliflərinizi yazarsınız. Amma bütün bunlarla bərabər bunu unutmayın ki, mən bu şerləri 20 il bundan əvvəl yazmışam və kənd həyatımda, kiçik bir məktəbli uşaq olarkən yazmışam. Ümid edirəm ki, yaxın günlərdə şerlərimi sizə təqdim edə biləcəyəm. Yazılarımı oxuduğunujz üçün təşəkkür edirəm.
1993-cü ildə Sumqayıta qaçqın kimi məskunlaşanda, o çox ümidsiz və qayğılı vaxtımda şerimin birində belə bir söz işlətmişdim:
Bu dünya açıq bir pəncərədir
Hər gələn baxıb gedər,
Bu dünya çox yaşanmaz,
Bir zaman axıb gedər..
Həqiqətən də görürük ki, həyatımız sürətlə axıb gedir. Gərək çalışıb Allahın razılığını qazanacağımız əməllərlə gedək bu dünyadan. Çünki, mən Allaha həmd, şükür, təriflər olsun ki, bunu əvvəl dərk etmirdim. İndi islamı öyrəndikdən sonra, həmçinin həyatda müəyyən bir təcrübəyə nail olduqdan sonra bunu bildim.
Bildim ki, dünya mənim üçün yaranıb
Amma bu dünyada qalmayacam mən.
Məndə hamı kimi gəldim dünyaya,
Dünyadan hamı kimi doymayacam mən.
Nə isə əslində biz çalışmalıyıq ki, bizi yaradan Allaha iman edək, Onun Peyğəmbərinə gücümüz çatan qədər kömək edək. Belə ki, Allahın və Onun Peyğəmbərinin dəvətini insanlara çatdıraq. Allah təala bu işdə bizə kömək dursun. Amin!
ƏKRƏM HƏSƏNOV
Yazar: Abusaleh @ Avqust 8, 2008 21:16 | Qubadlı xatirələri, Şəkillər, Şerlərim, Xatirə dəftərim | Şərhlər(0)
Baxış sayı: 74
Açar sözlər: əkrəmin şerləri şair xatirə dəftəri
![]()
![]()
![]()

