Reklam verin!

Qubadlı Blogu Haqqında


www.qubadli.com

Burada çalışacağıq ki, həm müxtəlif xatirələrimizi yazaq, həm sizden gələn maraqlı faktları, xəbərləri və informasiyaları xalqa çatdıraq. Biz böyük ölçüdə Qubadlının rəsmi saytını yaratmaq istəyirik. Bu işdə bizə hər cəhətdən kömək edən vətənpərvər insanların həm maddi, həm də mənəvi köməyinə ehtiyacımız var. Bizə Qarabağa aid xatirələrinizi yazıb göndərin ki, onları burada yerləşdirək. Bundan bashqa şəxsi ailələrə aid şəkilləri, indiyə qədər gündəliyimdə olan bəzi qeydləri sizinlə paylaşacağam. İradlarınıza, tənqidlərinizə, şərhlərinizə daima ehtiyacımız var. Gəlin bir olaq, birlik olaq. Allaha ibadət edən qullardan olaq.

Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Blogumun yeni forması xoşunuza gəldimi?



Açar sözlər

qarabag  qubadli  atəşkəs  sulh  erməni  xəbər  yeni  əsgər  müharibə  idman,  rayon  şəhid  dağlıq  münaqişə  sayt  əliyev  islam  soyqırım  elan  www.qubadli.com  vətən  qubadlı,  torpaq  aliyev  azərbaycan,  ermeni,  soyqırım,  ilham  saytı  erməni,  pozulub  qəzet  turkiye  abş  işğal  dərs  söz  kitab  kənd  qafqaz  dünya  türkiyə  gənc  reklam  düşmən  şəhidlər  atəşkəs,  iran  soykirim  dənizi,  ramazan  vakansiya  rayon,  ordu  qəza,  əsir  pozan,  president  ermənilər  lord  qarabağ,  herb  apa  amerika  prezident  gun,  soykirim,  bayram,  azərbaycan  blog  pen  xəzər  sülh,  spsial  azerbaycan,  qarayev  zabit  fizuli  dunen,  universitet,  irəvan  dəvət  mənbə  qitə,  şair  şəhər  qarabaq  unutma  yağ,  elmar  savad,  ikt  kürd  müstəqillik  abdulov  xeber  ermənistan  arxiv  add  cavab,  yaralı  xəzərdə  şahmat,  khubadli  kend  çörək  müəllif  sərəb-dili  xətt  mübariz  petrosyan,  kondalize  səngər  ramil  ateshkes  kosova,  refahiya  budaq  gəncləri  rejimi  oruc  barak  turk,  kino  anspress.com  qaynaqlar  baku  xanəmir  daim  qələm,  20  esirler  müsibət,  bu  trend  status  bundestanq  daşnaq  qahirə  meyit,  əbülfəz  derman  2008  devis  presspost  tərtər  kanal  müharibə,  qarabağı  şerləri  mərkəz  ağdam  yağı,  məmmədyarov  konfransı  pkk  abş,  etər  enverpashadergisi  rejim  tarix  adət,  avropa  cevap,  milli  af,  səfərov  futbol,  kubadli  pulu  qiymət  tədris  ermeni  terrorist  prezident,  müzakirə  kubok,  muharibe  şəkilistanbul  çərşənbə  qrupu  xain  tez-tez  obama  turkler,  otel,  fm  dünya,  tarixi  islamoglu  başçısı  dondurulumuş  akif  anım  gənc,  məmmədov  lham  free  ev  yerevan  dağ  faşizm  xəbərlər,  amin  boks,  karabagh  elm  həcc  kosovo  yazi  ağamədov  xezer  səngər,  tanıyaq  ştat,  xatirə  qondarma  qafsam  denktaş  yemək  street  soyqırımı,  təşkilatı  diqqət  amerika,  fərhad  məqalə  neler  barama  kənd,  parlamenti  məclis  bəla,  üç  komanda  sehir  qalxıb  satış  rays  hazar  rusiya,  abulfaz  el  təşəbbüs  xayin  bütün  ramazan,  ştat  türklər,  ans  reklam,  radio  elm,  təcavüzkar  mustafa  icra  sponsor,  matəm  institut  samir  05-02-2008  günü,  əliyar  fond  azernews  faşizmi  alim,  esger  xazar,  xəbər,  karabahg  icad  orucu  pul  cəbhə  əsiri  ismayıl  musavat  avropa,  ölüm  səfirliyi,  əkrəmin  respublika  strateji  kipr  mütamadi  the  sual,  fesival  eurovision  heykayə  xaric  telmanoğlu  tuman  qubadlıda  nehrə  qərar  gen  qerar  haber,  serbiya,  preziden  yaxşı  əsər  mina  ter,  kahire  itkin,  nazir  hərb  cəbrayıl  qol  ishgal  hal  dığa,  çaylı  təhsil,  ibrahim  dava,  region  islam,  dəftəri  şuşa  garabag  şəhidi  şəkil,  yanvar  lobbbisi,  əsirlər  pozuldu  mustekil,  ana  hediyye  panel  qubadl  kubadli,  auditoriya,  yara  məğlub  gubadli  ziyarəti  terri  quran  kiv  gənclər  levon,  yolçubəyli  nöqtə  futbol  qətl  herb,  erzincan  göyçay  rauf  pozulur  bayramı,  wall  tehsil,  film  təcili  azərbaycanlıları,  dövlət  bakı  turk  movqe  qurd  nehrə,  şura  genc,  qüdrət  love  yığma,  seçki  dizayner  almaniya  terrorist,  konnfransi  meyid, 

Sayqaç

İndi blogda: 7
Keçən ayın hiti: 15004
Dünənki hit: 237
Bugünki hit: 311
Ümumi hit: 186741

Müxtəlif




top.SUMQAYIT
Top on A-Z.az





Site Ekle
nakliyat


Sohbet

Sohbet
Komik 100
En kaliteli siteler Alersa.Net
Siteni ekle AddThis Feed Button
Add to Technorati Favorites


Həsrət

qarabag-dere-dag-cay-su-yemekXocalıdan sonra kiminsə tam xoşbəxt olmasına inanmıram”.

ÇİNGİZ ABDULLAYEV


HƏSRƏT
(Hekayə)

Xocalıda əsirliyə düşəndən sonra bizi erməni zabitinə dəyişdirdilər, Ağdama gəldik. Sonra isə Bərdənin yaxınlığındakı vaqonların birində məskunlaşdıq. Əmimgilin ailəsi də qonşuluqdakı vaqonda yaşayırdı. Əmim bu döyüşlərdə yaralanmışdı.
Onun Vətən adlı oğlu da elə bu vaqonda dünyaya gəldi...

Mən müharibədə həm atamı, həm də anamı itirmişdim. Vaqonda nənəmlə qalırdım. Əmim bizə kömək edirdi. Həm öz ailəsini, həm də bizi dolandırmaqdan ötrü gecə-gündüz çalışırdı. Ancaq nədənsə bizimlə kəlmə belə kəsməzdi. Elə bil ki, utanırdı. Əslində onu da başa düşmək olardı...
Yenə nənəmlə qışın soyuğunda sobanın qırağında oturub, çırtıldaya- çırtıldaya yanan sobaya baxırdıq. Sükutu nənəm pozaraq dedi:
- Həsrət, bala, bir az odun gətir, yaman üşüyürəm.
Cəld yerimdən qalxdım. Odun götürmək üçün vaqonun altına girdim. Odunu qardan-yağışdan qorumaq üçün vaqonun altına yığırdıq. Hərdən də odun götürəndə başım vaqonun altında sallanan qalın dəmirə dəyirdi. Tərslikdən bu dəfə də belə oldu. Qayıdanda nənəm başımdan axan qanı görüb:
- Bıy, başıma xeyir, yenə də o dəmir dəydimi başına? Nənə sənə qurban incidirsə, yaraya əski yandırıb qoyaq, tez sağalsın. Nənəm yarama kül basanda göynəltiyə dözməyib başımı geri çəkdim. Nənəm də:
- Atanla - anan heç oddan-alovdan qorxmazdılar, sənə nə olub?! – dedi.
Başımı nənəmin dizləri üstə qoyub:
- Qurban olum, nənə, bir az onlardan danış – deyib, həsrətlə nənəmə baxdım.
- Bıy, bala, qurbanın qoyun olsun, elə mən sənə qurban olum.
Danışdırırsan məni, sonra da yuxuya gedirsən, qalıram bu dörd dəmir arasında tək-tənha.
- Yox, ay nənə, bu dəfə yatmaram.
Nənəm hamımızın birgə olduğu xoşbəxt günləri yada saldı. Sonra isə nə qədər çətin də olsa o, dəhşətli günü bir daha xatırladı. Sanki düşmənə nifrət hissi oyatmaq üçün.
...Həmin gün atan posta getmişdi. Qəfildən ermənilər kəndimizə hücum etdilər. Yer–göy bir-birinə dəydi. Sən o vaxt körpə uşaq idim.
Evimizin yaxınlığında bizim əsgərlərdən birinin vurulduğunu görən anan səni mənə tapşırıb, “Siz gözləyin” deyərək, özü isə kişilərdən seçilməyən bir cəldliklə əsgərin avtomatını götürüb və həyət darvazasının arxasına keçir. Düşmənlər güllə yağdıra-yağdıra evə yaxınlaşırdılar. Anan da qorxu bilmədən onlara qarşı güllə atırdı. Bir də gördüm ki, evimiz od tutub yanır. Səni bağrıma basıb həyətə qaçdım.
Həyət-bacanı qara tüstü bürümüşdü. Erməni faşistlərinin səsi lap yaxından gəlirdi. Yaman qışqırışırdılar. Baxdım ki,qucağımda nəfəsin gəlmir, elə bu anda da mən də huşumu itirmişəm.
Özümə gələndə gördüm ki, anan başımızın üstündə ağlayır. Gülləsi qurtarmışdı, odur ki, hirsindən ağlayırdı. Bu vaxt erməni qan içənləri bizi mühasirəyə aldılar. Avtomatlı qadın görüb lap özlərindən çıxdılar. Amansızlıqla onu döyməyə başladılar. Sən demə güllələrin biri ermənilərin böyüklərinə dəyib. O da elə yerindəcə keçinib. Sonra daha da dəhşətli olay baş verdi. Ermənilər anan Sonanın üstünə benzin töküb od vurdular. Dəhşətli oddan qovrulan Sona bircə kəlmə qışqıra bildi:
- Oğlum məni bağışla.
“Səni möhkəm-möhkəm bağrıma basmışdım ki, bu acı səhnələri görməyəsən. Əsirlikdə məni səndən güclə ayırmaq istəyirdilər.” – deyib, nənəm göz yaşların saxlaya bilmədi...
Sanki yuxuya dalmışdım. Bu dəhşətli səhnələr birdən dəyişdi... Gördüm ki, uca bir dağ başında üçbaşlı əjdaha göyərçinlərin üzərinə od yağdırır. Qeyri bərabər döyüşdə alovlar göyərçinlərin qanadlarını yandırsa da, amma qələbə göyərçinlərindi, qələbə ədalətindir!
Birdən dik atıldim. Sən demə yuxuya getmişəmmiş. Ayıldım ki, nənəm gözlərini silə-silə üstümə yorğan atır.
- Yox, nənə, yatmamışam. Gedim bir az da odun gətirim. Bir də ki, Vətən qardaşım dərsdən gələndə, vaqonun ətrafını qardan təmizləyəcəyik.
Hər dəfə nənəmin söylədiyi bu xatirələri dinləyəndə, yuxularımda bu dəhşətli səhnələri təkrar-təkrar yaşayanda ürəyim sızlayır. Buna baxmayaraq qürur hissi keçirirəm. Təssüf ki, bu qürür hələlik kövrəkliyə söykənir. Amma vaxt gələcək ki, bu həsrətə, bu ayrılığa son qoyulacaq. İndi isəVətənin harayı bizi qisasa çağırır.
Əmim də söz verib ki, məktəbi bitirən kimi məni zabitlər yetişdirən məktəbə göndərəcək...

Fərhad Abdulov.
09.04.2005 il “Həftə” qəzeti.
09-26.03.2006 il “EU Xəbər” qəzeti.

Yazar: Abusaleh @ İyul 26, 2008 18:18 | Qubadlı xatirələri, Heykayələr | Şərhlər(1)
Baxış sayı: 122
Açar sözlər: fərhad abdulov xəbər etər heykayə 
Bookmark and Share

1
Yaşar yazıb:

Qarabağ- Azərbaycanımızın canıdır!

Noyabr 29, 2008 21:15


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha