Davamı...

Bakı – APA. Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının ermənilər tərəfindən işğalından 15 il ötür. APA-nın məlumatına görə, hər iki rayon 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Əziz saytımızın ziyarətçiləri! Bu yaxınlarda dissertasiya işimlə əlaqədər olaraq Türkiyəyə elmi araşdırmaya getmişdim. İstəyirəm xatirələrimi şəkilləri burada yerləşdirməklə sizinlə bölüşüm. Xahiş edirəm ki, şəkillərimin surətini kompyuterinizə yükləməyəsiniz. Bunun üçün əvvəlcədən məndən icazə alasınız. Əks halda mən buna halalıq vermirəm və əminəm ki, Qiyamət günü icazəsiz müəllif hüququna görə də cavab verəcəyik. Təşəkkür edirəm! Buyurun bir yerdə Türkiyəyə səfərə çıxaq... Davamı...
Mən Həsənov Əkrəm Bəhram oğlu, 1986-cı ildən şer yazıram. Yazdığım şerin çoxu Qubadlıda əsir qaldı. Şəhərə gələndən sonra da şer yazmağı dayandırmadım. Yadıma düşür əvvəl mən Qubadlı rayonunun Çaytumas kəndində olanda hərdən elə bil ki, bizim indiki bu şairlər deməli mənə şer yazmaq üçün ilham gəlirdi. Buna “təb” də deyə bilərəm. Çünki hərdən həqiqətən də şerin təbi gəlirdi və qələmi əlimə alırdım. Yazırdım. İndiyə qədər yadımdadır ki, mənə kənddə çox insanlar şair deyirdi. Bizim yaxınlıqda bir tanıdığım var idi, həmişə məni görəndə deyərdi ki, “şair nə tez qocaldın sən”. Təbii ki, bunlar kimisə maraqlandırmaya bilər. Mən maraqlanıb oxuyanlara deyirəm ki, mənim şerlərimi toplasan sayı-hesabı olmaz. Davamı...
Azərbaycanın işğal altındakı ərazilərində təbii sərvətlə ermənilər tərəfindən talan olunur.
Xocalıdan sonra kiminsə tam xoşbəxt olmasına inanmıram”.
Azərbaycan Ordusunun mövqeləri avtomat və pulemyotlardan atəşə tutulub.
Он был профессиональным спортсменом, и его заветной мечтой было подрастить физически здоровое поколение азербайджанской молодежи, чему и прилагал весь опыт и все свои умения. Но обстоятельства вынудили его стать профессиональным бойцом…
Azərbaycanda prezident seçkisinin oktyabrın ortalarında keçirilməsi nəzərdə tutulur. MSK bu ayın sonunda seçkinin dəqiq tarixini açıqlayacaq. Təlimata əsasən, namizədin qeydə alınması üçün namizəd, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi MSK-ya müvafiq sənədlərlə birlikdə, namizədin gəlirlərinin miqdarı, mənbəyi və mülkiyyət hüququ əsasında ona məxsus əmlak haqqında məlumat təqdim etməlidir. Həmin məlumat seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövrü əhatə etməlidir. Eyni zamanda, bu məlumata gəlirlərin alındığı təşkilatlardan və fiziki şəxslərdən həmin gəlirlərin illik cəmi barədə arayışlar əlavə olunur.
Davamı...
Salam, hörmətli Ali Baş Komandan. Cənab İlham Əliyev! Sizə xalqın içərisindən çıxan və xalqın içərisində olan bir insan kimi yazıram. Niyyətim dünyəvi mal yığmaq və ya nəyəsə müəyyən bir xeyirə nail olmaq deyil. Niyyətim tamahkarlıq deyil. Niyyətim sizin daxili və ya xarici siyasətinizə qarışmaq deyil. Allah məni bağışlasın. Bəzən biz insanlar həqiqətən də fikrimizi və sözümüzü yazanda və ya qarşımızdakına deyəndə niyyətimizi gizlədirik. Bəzən elə olur ki, qarşımızdakına, həmdə o adam müəyyən nüfuza malik olanda özümüzü elə təqdim etmək istəyirik ki, guya daxilimizdəki hər bir niyyəti açıb ortaya qoyuruq. Davamı...
Əziz ellilərimiz və səhifəmizin ziyarətçiləri! Həqiqətən də Qubadlının blogunu yaratmaq işinə təşəbbüs etdikdə ilk əvvəl mənə elə gəlirdi ki, bu işdə heç kim irəli çıxıb nəsə deməyəcək. Çünki belə baxanda mənə elə görsənir ki, heç kim işğal altında olan torpaqlarımızla maraqlanmır və bu işə səhlənkar yanaşır. Bəlkə də siz bu yazıları oxuyanda da çoxunuz bu cür düşünə bilərsiniz. Ancaq gəlin birlikdə bu düşüncəmizi bir kənara qoyaq. Çünki mən düşündüyümün əksinə olaraq blog yarandıqdan və yazılarım oxunduqdan sonra dünya səviyəsində oxunmağa başladı. Baxmayaraq ki, yazılarım çoxda elmi məcmuədə və ya faydalı olacaq qədər güclü mənbələr kimi deyil, amma inanılmaz dərəcədə dünyanın hər yerindən izlənməyə başlandı. Davamı...
Salam aleykum. Əziz və dəyərli dostlar! Biz hələlik son vaxtlar blogu yeniləmədik və bu da nəticədə blogumuzun ziyarətçilərinin azalmasına səbəb oldu. Əvvəllər hamınız bu bloga daxil olur və yazıları oxuyurdunuz. Dəfələrlə biz bildirdik ki, bizim Qubadlının saytını yaratmağa böyük ehtiyacımız var. Ona görə ki, haqsız olaraq torpaqlarımız işğal altındadır və biz dəfələrlə bu məsələni qeyd etdik ki, ermənilər öz batil iddalarını yaydığı halda biz də oturmadan öz haqq iddiamızı yaymalı və dünya səviyyəsində bu barədə təbliğat aparmalıyıq. Davamı...
Aprelin 7-də Qubanın Rustov kəndində təmirdən yeni çıxmış məscidin açılış mərasimi keçiriləcək. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin maliyyəsi hesabına təmir və bərpa edilən məscidin açılış mərasimində nazir Əbülfəs Qarayev də iştirak edəcək.
Davamı...